28 iyun 2026. Bazar günü

Kasado "Barselona"dan ayrılmaq istəyir


  • Transfer
  • 14:07 28.06.2026
  • Oxunma sayı: 43
Kasado "Barselona"dan ayrılmaq istəyir

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado yay transfer dönəmində komandadan ayrılmaq niyyətindədir.

90deqiqe.Az-ın “Diario SPORT”a istinadən məlumatına görə, 22 yaşlı futbolçu kifayət qədər oyun praktikası əldə edə bilmədiyi üçün karyerasını başqa klubda davam etdirmək istəyir.

Kataloniya təmsilçisi isə Kasadonu icarəyə göndərməkdənsə, birdəfəlik satmağa üstünlük verir. Klub bu yolla maaş büdcəsini də qismən yüngülləşdirməyi planlaşdırır.

Mark Kasado Avropa klublarından birinə keçərək əsas heyətdə müntəzəm forma geyinmək niyyətindədir.

İspaniyalı yarımmüdafiəçi başa çatan mövsümdə bütün turnirlərdə 34 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda futbolçunun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.







Transfer