28 iyun 2026. Bazar günü

"Mançester Yunayted" və PSJ Vinisius uğrunda mübarizə aparır


  • Transfer
  • 14:10 28.06.2026
  • Oxunma sayı: 36
"Mançester Yunayted" və PSJ Vinisius uğrunda mübarizə aparır

"Real Madrid"ın hücumçusu Vinisius Juniorun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

90deqiqe.Az-ın “ElNacional.cat”a istinadən məlumatına görə, futbolçunun dünya çempionatındakı uğurlu çıxışından sonra "Mançester Yunayted" və PSJ onun transferi üçün hərəkətə keçməyə hazırlaşır.

Bildirilir ki, İngiltərə təmsilçisi braziliyalı hücumçu üçün 120 milyon avro təklif etməyi planlaşdırır. PSJ isə Vinisiusun "Real Madrid"lə müqaviləsini başa vurmasını gözləyərək, onu 2027-ci ilin yayında azad agent kimi heyətinə qatmağa ümid edir.

"Real Madrid" rəhbərliyi isə futbolçuya olan artan maraqdan narahatdır. Belə ki, yeni müqavilənin imzalanmasına yaxın olmasına baxmayaraq, Vinisius hələ də klubla yeni anlaşmaya imza atmayıb.







Transfer