- Transfer
- 14:51 28.06.2026
"İnter" hücumçusu Françesko Pio Espositonu komandada saxlamaq niyyətindədir.
90deqiqe.Az-ın məlumatına görə, Milan təmsilçisi gənc futbolçunun meneceri Mario Cuffredi ilə müqavilənin uzadılması və şərtlərinin yaxşılaşdırılması istiqamətində danışıqlara başlayıb.
Bildirilir ki, Esposito da karyerasını "İnter"də davam etdirmək istəyir. Bu səbəbdən tərəflər arasında yeni müqavilənin imzalanmasının çətin olmayacağı qeyd olunur.
Françesko Pio Esposito "İnter"in yetirməsidir. Onun klubla hazırkı müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.
23 yaşlı hücumçu 2025/2026 mövsümündə bütün turnirlərdə 48 oyunda meydana çıxıb, 10 qol vurub və altı məhsuldar ötürmə edib.