28 iyun 2026. Bazar günü

"Real Madrid" Enso Fernandes üçün danışıqları sürətləndirib


  • Transfer
  • 14:21 28.06.2026
  • Oxunma sayı: 36
"Real Madrid" Enso Fernandes üçün danışıqları sürətləndirib

"Real Madrid" "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernandesi transfer etmək istəyindən əl çəkməyib.

90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisi argentinalı futbolçunun transferi ilə bağlı danışıqları sürətləndirib. Bildirilir ki, tərəflər arasında müzakirələr həlledici mərhələyə daxil olub və "Kral klubu" yekun razılığın əldə olunması istiqamətində işini davam etdirir.

Qeyd olunur ki, Entso Fernandes yeni mövsüm öncəsi "Real Madrid"in yarımmüdafiə xəttini gücləndirmək üçün əsas transfer hədəfi olaraq qalır.

Argentinalı futbolçu 2023-cü ildə "Benfika"dan "Çelsi"yə 121 milyon avro qarşılığında transfer olunub. Onun London klubu ilə müqaviləsi 2032-ci il iyunun 30-dək qüvvədədir.

Entso Fernandes 2025/2026 mövsümündə bütün turnirlərdə 54 oyunda meydana çıxıb, 15 qol vurub və yeddi məhsuldar ötürmə edib.







Transfer