- Transfer
- 14:51 28.06.2026
"Yuventus" "Roma"nın qapıçısı Mile Sviları transfer etmək istəyir.
90deqiqe.Az-ın “La Reppulica”ya istinadən məlumatına görə, Turin təmsilçisi 26 yaşlı qolkiper üçün təxminən 35 milyon avro ödəməyə hazırdır. Lakin "Roma" bu təkliflə razılaşmır. Paytaxt klubu futbolçusunun transferindən ən azı 60 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Mile Svilar 2022-ci ildə azad agent kimi "Benfika"dan "Roma"ya keçib. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.
Serbiyalı qapıçı 2025/2026 mövsümündə bütün turnirlərdə 48 oyunda meydana çıxıb. O, bu matçlarda 44 qol buraxıb, 21 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.
Hazırda Mile Sviların transfer dəyəri 35 milyon avro qiymətləndirilir.