28 iyun 2026. Bazar günü

Silva "Milan"la müqavilə şərtlərini razılaşdırdı


  • Transfer
  • 14:27 28.06.2026
  • Oxunma sayı: 31
Silva "Milan"la müqavilə şərtlərini razılaşdırdı

"Benfika"nın müdafiəçisi Antoniu Silva "Milan"a transfer olunmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya təmsilçisi 22 yaşlı portuqaliyalı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Hazırda "Milan" "Benfika"ya rəsmi transfer təklifi göndərməyə hazırlaşır və tərəflər arasında danışıqlar davam edir.

Bildirilir ki, "Milan" Antoniu Silvanın transferi uğrunda mübarizədə Səudiyyə Ərəbistanı təmsilçisini və İngiltərə Premyer Liqasının iki klubunu geridə qoyub.

Əvvəlki məlumatlara əsasən, bu transfer "Milan"a təxminən 25-30 milyon avroya başa gələ bilər.

Antoniu Silva 2025/2026 mövsümündə bütün turnirlərdə 41 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer