28 iyun 2026. Bazar günü

"Arsenal" və "Çelsi" Manu Kone uğrunda mübarizə aparır


  • Transfer
  • 14:41 28.06.2026
  • Oxunma sayı: 32
"Arsenal" və "Çelsi" Manu Kone uğrunda mübarizə aparır

"Roma"nın mərkəz yarımmüdafiəçisi Manu Kone "Arsenal" və "Çelsi"nin transfer siyahısına düşüb.

90deqiqe.Az-ın “ Il Messaggero”ya istinadən məlumatına görə, fransalı futbolçu karyerasını İngiltərədə davam etdirmək istəyir. Bu səbəbdən o, yaxın vaxtlarda "Roma"ya 45 milyon avro təklif edən "Atletiko"nun transfer təklifini geri çevirib.

Bununla yanaşı, bildirilir ki, İtaliya klubu maliyyə qaydalarının tələblərini yerinə yetirmək məqsədilə Kone ilə yollarını ayırmağa hazırdır. London nəhəngləri də futbolçu üçün yeni təklif hazırlayırlar və yaxın vaxtda "canavar"la danışıqlara başlayacaq. 

25 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə bütün turnirlərdə 37 oyunda meydana çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Manu Konenin "Roma" ilə qüvvədə olan müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.







Transfer