- Transfer
- 14:51 28.06.2026
"Nyukasl"ın mərkəz yarımmüdafiəçisi Sandro Tonali "Tottenhem"ə transfer olunmağa çox yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu artıq London klubu ilə şəxsi müqavilənin şərtləri üzrə razılığa gəlib.
İtaliyalı yarımmüdafiəçinin illik qazancı bonuslar istisna olmaqla 14-15 milyon avro olacaq ki, bu da onun "Nyukasl"dakı hazırkı maaşından xeyli çoxdur. Bildirilir ki, London təmsilçisi "Nyukasl"la da razılaşmanı yekunlaşdırmaq üzrədir və yalnız bəzi detalların həlli qalıb.
Tonalinin transferi "Tottenhem"ə 116 milyon avroya başa gələcək.
İtaliyalı futbolçu başa çatan mövsümdə bütün turnirlərdə 53 oyunda meydana çıxıb, üç qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.