28 iyun 2026. Bazar günü

"Benfika" "Barselona"nın keçmiş futbolçusunu transfer edir


  • Transfer
  • 21:42 28.06.2026
  • Oxunma sayı: 26
"Benfika" "Barselona"nın keçmiş futbolçusunu transfer edir

"Benfika" heyətini təcrübəli müdafiəçi Kleman Lenqle ilə gücləndirməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı futbolçunun transferi ilə bağlı bütün tərəflər arasında razılıq əldə olunub. Müdafiəçi Portuqaliya təmsilçisi ilə üçillik müqavilə imzalayacaq.

Hazırda Lenqlenin transfer hüquqları Madrid "Atletiko"suna məxsusdur. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti daha iki il davam edir.

Fransalı futbolçu ötən mövsüm "Atletiko"nun heyətində 24 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Kleman Lenqle karyerası ərzində "Barselona" ilə yanaşı, Fransada "Nansi", İspaniyada "Sevilya", İngiltərədə isə "Tottenhem" və "Aston Villa"nın da formasını geyinib.







Transfer