- Transfer
- 22:59 28.06.2026
"Çelsi"nin və Fransa millisinin müdafiəçisi Malo Qüsto karyerasını "Mançester Siti"də davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın “Foot Mercato”ya istinadən məlumatına görə, fransalı futbolçu "şəhərlilər"in təklifini qəbul edib. O, yeni mövsümdən komandaya rəhbərlik edəcək Entso Mareska ilə yenidən birlikdə çalışacaq.
Hazırda klublar transferin maliyyə şərtləri üzərində danışıqları davam etdirirlər. "Çelsi" 22 yaşlı müdafiəçinin satışından 50-55 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Malo Qüsto hazırda Fransa millisinin heyətində dünya çempionatında iştirak edir. Fransa millisi 1/16 final mərhələsində İsveç yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, Entso Mareska yeni mövsümdən etibarən "Mançester Siti"nin baş məşqçisi olacaq.