28 iyun 2026. Bazar günü

Robert Levandovski karyerasını ABŞ-də davam etdirəcək


  • Transfer
  • 21:54 28.06.2026
  • Oxunma sayı: 32
Robert Levandovski karyerasını ABŞ-də davam etdirəcək

"Barselona"nın hücumçusu Robert Levandovski karyerasını ABŞ-də davam etdirməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, polşalı futbolçu "Çikaqo Fayr" ilə razılığa gəlib. Tərəflərin müqaviləni gələn həftə rəsmiləşdirəcəyi bildirilir.

Qeyd olunur ki, Levandovski daha əvvəl ABŞ-yə səfər edərək mümkün transferin şərtlərini müzakirə edib və gələcəyi ilə bağlı yekun qərarını verib.

37 yaşlı hücumçu son dörd mövsümdə "Barselona"nın formasını geyinib. O, ötən mövsüm bütün turnirlərdə 19 qol vurub, dörd məhsuldar ötürmə müəllifi olub.

Levandovski 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyən Polşa millisindəki karyerasını da başa vurub.

"Çikaqo Fayr" hazırda ABŞ çempionatının Şərq Konfransında üçüncü pillədə qərarlaşıb.







Transfer