- Transfer
- 22:59 28.06.2026
"Çelsi"nin "Sanderlend"in yarımmüdafiəçisi Qranit Cakanı transfer etmək cəhdi uğursuz alınıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Devid Ornşteyn məlumat yayıb.
Məlumata görə, London klubu isveçrəli futbolçu üçün 8 milyon funt sterlinq (təxminən 9,2 milyon avro) təklif etsə də, "Sanderlend" bu təklifi qəti şəkildə rədd edib.
Bildirilir ki, İngiltərə təmsilçisi Qranit Cakanın heç bir məbləğ qarşılığında satılmayacağını "Çelsi"yə çatdırıb.
Xatırladaq ki, "Çelsi"nin yeni baş məşqçisi Xabi Alonso yarımmüdafiəçini komandasında görmək istəyir. İspaniyalı mütəxəssis 2023-2025-ci illərdə Almaniyanın "Bayer" klubunda çalışarkən Caka ilə birlikdə çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, Qranit Caka hazırda "Sanderlend"də ilk mövsümünü keçirir.