- Transfer
- 22:59 28.06.2026
"Liverpul"un yarımmüdafiəçisi Kortis Cons karyerasını "Nottingem Forest"də davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Nottingem Forest" "Mançester Siti"yə keçməyə yaxın olan Elliot Anderseni əvəzləmək üçün mərkəz yarımmüdafiəçisi axtarır. Klubun namizədlər siyahısında 25 yaşlı Körtis Cons da yer alıb.
Daha əvvəl İngiltərə futbolçusunun "İnter"in də maraq dairəsində olduğu, lakin İtaliya klubunun etdiyi iki təklifin "Liverpul" tərəfindən geri çevrildiyi bildirilmişdi.
Körtis Cons ötən mövsüm bütün turnirlərdə 49 oyunda meydana çıxıb. O, bu görüşlərdə üç qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.