1 oktyabr 2026. Cümə axşamı

"Zenit" "Trabzonspor"un hücumçusunu transfer etdi


  • Transfer
  • 22:20 29.06.2026
  • Oxunma sayı: 134
"Zenit" "Trabzonspor"un hücumçusunu transfer etdi

"Zenit" heyətini braziliyalı hücumçu Felipe Auqusto ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, tərəflər dördillik müqavilə imzalayıblar. Sazişdə əməkdaşlığın daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb.

Mətbuatda yayılan məlumata görə, "Zenit" 22 yaşlı futbolçunun transferi üçün "Trabzonspor"a 15 milyon avro ödəyəcək. Razılaşmaya əlavə olaraq 5 milyon avro məbləğində bonuslar da daxildir.

Felipe Auqusto 2025-ci ilin yayından "Trabzonspor"un formasını geyinirdi. O, Türkiyə klubunun heyətində bütün turnirlərdə keçirdiyi 40 oyunda 15 qola imza atıb.

Qeyd edək ki, braziliyalı hücumçunun "Trabzonspor"la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədə idi.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir