1 oktyabr 2026. Cümə axşamı

"Barselona" Harri Keyn transferində istədiyini ala bilmədi


  • Transfer
  • 22:33 29.06.2026
  • Oxunma sayı: 132
"Barselona" Harri Keyn transferində istədiyini ala bilmədi

İngiltərəli hücumçu Harri Keynin adı yenidən "Barselona" ilə hallanmağa başlayıb.

90deqiqe.Az xəbər verir ki, bununla belə, hücumçunun karyerasını "Bavariya"da davam etdirməsi daha real görünür.

 32 yaşlı hücumçu Münhendəki həyatından razıdır və Almaniya nəhəngi ilə müqaviləsini uzatmağa yaxındır.

Bundan əvvəl "Barselona"nın Harri Keynlə maraqlandığı və futbolçunun nümayəndələri ilə ilkin təmas qurduğu bildirilmişdi. Lakin oyunçunun tərəfi gələcəyi ilə bağlı qərarın yalnız dünya çempionatından sonra müzakirə olunacağını qarşı tərəfə çatdırıb.

Qeyd edək ki, Harri Keynin transfer dəyəri hazırda 60 milyon avro qiymətləndirilir.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir