- Transfer
- 00:12 30.06.2026
Fransanın "Pari" klubu baş məşqçi postunu Liam Rosenyora həvalə etməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.
Məlumata görə, tərəflər əməkdaşlığın son detallarını razılaşdırır və klubun yeni baş məşqçisinin gələn həftə rəsmən təqdim ediləcəyi gözlənilir.
Liam Rosenyor Fransa futboluna yaxşı bələddir. O, 2024-2026-cı illərdə "Strasburq"a rəhbərlik edib. 2026-cı ildə isə qısa müddət "Çelsi"nin baş məşqçisi olsa da, İngiltərə çempionatının başa çatmasına bir neçə tur qalmış vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, qarşıdan gələn mövsüm "Pari" üçün Fransa yüksək liqasında ardıcıl ikinci mövsüm olacaq. Komanda ötən mövsümü 44 xalla 11-ci pillədə başa vurub və aşağı liqaya düşmə zonasından 20 xal uzaqda qərarlaşıb.