30 iyun 2026. Çərşənbə axşamı

"Mançester Siti" mənim üçün ideal klubdur"


  • Transfer
  • 23:15 29.06.2026
  • Oxunma sayı: 28
"Mançester Siti" mənim üçün ideal klubdur"

"Mançester Siti"nin yeni baş məşqçisi Enso Mareska təyinatından sonra ilk açıqlamasını verib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə klubun rəsmi saytına müsahibəsində deyib.

"Mançester Siti" mənim çox yaxşı tanıdığım klubdur. Bu komandaya rəhbərlik etmək imkanı mənim üçün möhtəşəm fürsətdir. Burada görülən hər iş yenilikçi yanaşma, düzgün planlaşdırma və məqsədyönlülük üzərində qurulub. Baş məşqçi üçün bundan ideal şərait ola bilməz. Belə mühit işimi səmərəli şəkildə görmək üçün lazım olan sabitliyi təmin edir", – deyə Mareska klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

İtaliyalı mütəxəssis əlavə edib ki, "Mançester Siti"nin futbolçuları ilə məşqlərə başlamağı səbirsizliklə gözləyir.

Qeyd edək ki,italiyalı mütəxəssis "şəhərlilər"lə üçillik müqavilə imzalayaraq komandanın baş məşqçi postunda Xosep Qvardiolanı əvəzləyib.

Əlavə edək ki, "Mançester Siti" ötən mövsüm İngiltərə çempionatını ikinci pillədə başa vurub və çempion "Arsenal"dan yeddi xal geri qalıb.







Transfer