- Transfer
- 00:12 30.06.2026
"Mançester Siti" yay transfer dönəmində daha bir səs-küylü keçidə hazırlaşır.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.
Məlumata görə, İngiltərə təmsilçisi "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaq niyyətindədir. "Şəhərlilər" 26 yaşlı futbolçunun transferi üçün təxminən 110 milyon avro ödəməyə hazırdır.
İtaliyalı futbolçu 2023-cü ilin yayından "Nyukasl"ın formasını geyinir. O, həmin vaxt "Milan"dan təxminən 60 milyon avroya transfer olunub. Futbolçunun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına qədər qüvvədədir.
Qeyd edək ki, "Mançester Siti" daha əvvəl "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonun transferi üçün 135 milyon avro ödəyərək rekord məbləğdə razılıq əldə edib. Lakin bu keçid hələlik rəsmi şəkildə təsdiqlənməyib.