- Transfer
- 00:12 30.06.2026
"Real Madrid" Niko Pasın gələcəyi ilə bağlı rəsmi açıqlama yayıb.
90deqiqe.Az xəbər verir ki, Madrid klubu, İtaliyanın "Komo" komandası və futbolçu arasında əldə olunan razılığa əsasən, Niko Pas 2026/2027 mövsümündə də A Seriyası təmsilçisinin heyətində çıxış edəcək.
Klubun yaydığı bəyanatda bildirilib ki, bu qərar futbolçunun öz istəyi ilə qəbul olunub. Razılaşmaya əsasən, "Real Madrid" 2027/2028 mövsümü üçün Niko Pasın transfer hüquqlarını birtərəfli qaydada geri almaq hüququnu özündə saxlayıb.
Niko Pas 2024-cü ilin yayında "Real Madrid"in gənclər komandasında "Komo"ya transfer olunub. O, bu müddətdə bütün turnirlərdə 75 oyunda meydana çıxaraq 19 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, futbolçunun bazar dəyəri 80 milyon avro qiymətləndirilir.