- Transfer
- 23:39 30.06.2026
"Real"ın yarımmüdafiəçisi Brahim Dias yay transfer dövründə komandadan ayrıla bilər.
90deqiqe.Az xəbər verir ki, Madrid təmsilçiliyi mərakeşli futbolçunu satmağa hazırdır və onun transfer dəyərini 40 milyon avro olaraq müəyyənləşdirib. Hər hansı klub bu məbləği ödəyəcəyi təqdirdə, yarımmüdafiəçi ilə yollar ayrılacaq.
Bununla yanaşı, "Real" futbolçunun icarəyə göndərilməsi variantını da istisna etmir.
Brahim Diasın xidmətində ən ciddi maraqlı tərəf "Yuventus"dur. "Sevilya", "Malaqa" və "Selta" da yarımmüdafiəçini icarəyə götürmək imkanını nəzərdən keçirir.
Qeyd edək ki, Brahim Dias 2019-cu ildə 17 milyon avro qarşılığında "Mançester Siti"dən "Real"a transfer olunub. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.
Yarımmüdafiəçi 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla "Real"ın heyətində 42 oyuna çıxıb, iki qol vurub və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.