1 iyul 2026. Çərşənbə

Amorim "Milan"a iki müdafiəçi gətirmək istəyir


  • Transfer
  • 22:39 30.06.2026
  • Oxunma sayı: 42
Amorim "Milan"a iki müdafiəçi gətirmək istəyir

"Milan"ın yeni baş məşqçisi Ruben Amorim komandanın müdafiə xəttini gücləndirmək niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin transfer siyahısında iki müdafiəçi yer alıb. Onlardan biri "Mançester Yunayted"in futbolçusu Lisandro Martines, digəri isə "Sportinq"in müdafiəçisi Qonçalu İnasiodur.

Bildirilir ki, hər iki futbolçu Ruben Amorimin rəğbətini qazanıb və çalışdırıcı onlardan ən azı birinin "Milan"a transfer olunacağına ümid edir. Tərəflər arasında ilkin təmasların artıq baş tutduğu da qeyd olunur.

Qeyd edək ki, Ruben Amorim cari ilin iyun ayında "Milan"ın baş məşqçisi təyin edilib. O, daha əvvəl "Sportinq" və "Mançester Yunayted" klublarında çalışıb.







Transfer