- Transfer
- 23:58 30.06.2026
"Tottenhem" transfer bazarında "Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeş uğrunda mübarizədə rəqiblərini geridə qoyub.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, London təmsilçisi futbolçu üçün ən yüksək təklifi irəli sürüb. Klubun "Vest Hem"ə ödəyəcəyi zəmanətli transfer məbləği 85 milyon funt sterlinq təşkil edəcək.
21 yaşlı Mateuş Fernandeş də karyerasını məhz "Tottenhem"də davam etdirmək qərarı verib.
Portuqaliyalı yarımmüdafiəçinin transferi uğrunda mübarizədə "Mançester Yunayted" də yer alıb. Lakin həm "Vest Hem"in, həm də futbolçunun maliyyə tələbləri klubun ödəməyə hazır olduğu məbləği üstələdiyi üçün transfer baş tutmayıb.
Qeyd edək ki, Mateuş Fernandeş "Vest Hem"in heyətində keçirdiyi 38 oyunda dörd qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.