- Transfer
- 23:58 30.06.2026
"Atletiko" klubunun 31 yaşlı müdafiəçisi Klement Lenqli karyerasını Portuqaliyanın "Benfika" komandasında davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, fransalı futbolçu 2026/2027 mövsümünün sonunadək "Atletiko"dan icarəyə götürülüb. Razılaşmaya əsasən, transferin daimi xarakter alması halında Lenqlinin "Benfika" ilə müqaviləsinin müddəti avtomatik olaraq 2029-cu ilin ortalarınadək uzadılacaq.
Klement Lenqli ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, müdafiəçi karyerası ərzində "Barselona", "Nansi", "Sevilya", "Tottenhem" və "Aston Villa" klublarının da formasını geyinib.