- Transfer
- 23:58 30.06.2026
"Arsenal" yay transfer dövründə hücum xəttini gücləndirmək üçün yeni futbolçu axtarışını davam etdirir.
90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, London təmsilçisinin əsas hədəfi "Aston Villa"nın futbolçusu Morqan Rocers olsa da, Birmingem klubunun tələb etdiyi 130 milyon funt sterlinqlik transfer məbləği bu keçidin reallaşmasını çətinləşdirir.
Bu səbəbdən "Arsenal" diqqətini Fransanın PSJ klubunun hücumçusu Bredli Barkolaya yönəldib. Məlumata görə, London klubu futbolçunun yay transfer dövründə komandasını dəyişə biləcəyi barədə siqnal alıb.
Bildirilir ki, "Arsenal" uzun müddətdir Bredli Barkolanın çıxışını izləyir və dünya çempionatında keçiriləcək Fransa – İsveç qarşılaşmasında onun oyununu yenidən dəyərləndirməyi planlaşdırır.
Qeyd edək ki, 23 yaşlı futbolçunun təxmini transfer dəyəri hazırda 70 milyon avro qiymətləndirilir.