- Transfer
- 23:58 30.06.2026
"Koventri" baş məşqçisi Frenk Lempardla müqavilənin müddətini uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssis komandanı daha üç mövsüm - 2029-cu ilin yayına qədər çalışdıracaq.
Frenk Lempard 2024-cü ilin noyabrında "Koventri"nin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda ötən mövsüm Çempionşipin qalibi olaraq İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.
Beləliklə, "Koventri" 25 illik fasilədən sonra yenidən İngiltərənin ən yüksək liqasında mübarizə aparacaq.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının yeni mövsümü avqustun 21-də start götürəcək. "Koventri" ilk turda son ölkə çempionu "Arsenal"la üz-üzə gələcək.