1 iyul 2026. Çərşənbə

"Monako" Ansu Fatinin transferini rəsmiləşdirdi


  • Transfer
  • 23:39 30.06.2026
  • Oxunma sayı: 20
"Monako" Ansu Fatinin transferini rəsmiləşdirdi

"Monako" "Barselona"dan icarəyə götürdüyü Ansu Fatinin transfer hüquqlarını tamamilə əldə edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2030-cu ilin ortalarınadək qüvvədə olacaq dörd illik müqavilə imzalanıb.

Bundan əvvəl "Barselona" futbolçunun növbəti transferindən əldə olunacaq məbləğin müəyyən faizini özündə saxladığını açıqlamışdı.

Ansu Fati 2025/2026 mövsümündə "Monako"nun heyətində icarə əsasında çıxış edib. O, bu müddətdə bütün turnirlərdə 30 rəsmi oyuna çıxaraq 12 qola imza atıb.

Qeyd edək ki, "Monako" növbəti mövsümdə Fransanı Konfrans Liqasında təmsil edəcək.







Transfer