1 iyul 2026. Çərşənbə

"Barselona" Aleksander İsakı transfer etmək istəyir


  • Transfer
  • 23:47 30.06.2026
  • Oxunma sayı: 40
"Barselona" Aleksander İsakı transfer etmək istəyir

"Barselona" "Liverpul"un hücumçusu Aleksander İsakı heyətinə qatmaq imkanını nəzərdən keçirir.

90deqiqe.Az-ın “MatchDay Central”a istinadən məlumatına görə, Kataloniya təmsilçisi isveçli futbolçunu Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvaresə alternativ namizəd kimi qiymətləndirir. Aleksander İsakın dünya çempionatında İsveç millisinin heyətində nümayiş etdirdiyi oyun "Barselona"nın skautlarının diqqətini cəlb edib.

Bununla belə, transferin reallaşması çətin görünür. Belə ki, "Liverpul"un futbolçunu transferindən cəmi bir il sonra komandadan ayrılmasına razılıq verəcəyi inandırıcı hesab edilmir.

Qeyd edək ki, Aleksander İsak 2025-ci ildə 145 milyon avro qarşılığında "Nyukasl"dan "Liverpul"a keçib. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2031-ci il iyunun 30-dək qüvvədədir.

İsak 2025/2026 mövsümündə bütün turnirlərdə 22 oyuna çıxıb, dörd qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer