1 iyul 2026. Çərşənbə

"Real" Alessandro Bastonini transfer etmək istəyir


  • Transfer
  • 23:54 30.06.2026
  • Oxunma sayı: 44
"Real" Alessandro Bastonini transfer etmək istəyir

"Real" "İnter"in müdafiəçisi Alessandro Bastonini heyətinə qatmaq üçün hərəkətə keçib.

90deqiqe.Az xəbər verir ki,  Madrid təmsilçisi italiyalı futbolçunun transferi üzərində çalışır və artıq "İnter" rəhbərliyi ilə ilkin təmaslar qurub. Bildirilir ki, Alessandro Bastoni də karyerasını "Real"da davam etdirmək istəyir və bu transferin baş tutmasında israrlıdır.

Qeyd edək ki, Alessandro Bastoni 2014-cü ildə 40 milyon avro qarşılığında "Atalanta"dan "İnter"ə keçib. Onun Milan klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək qüvvədədir.

İtaliya millisinin müdafiəçisi 2025/2026 mövsümündə bütün turnirlərdə 40 oyunda meydana çıxıb, iki qol vurub və altı məhsuldar ötürmə müəllifi olub.

Hazırda futbolçunun təxmini transfer dəyəri 65 milyon avro qiymətləndirilir.







Transfer