- Transfer
- 23:58 30.06.2026
"Real" klubu sabiq müdafiəçisi Rafael Varanın oğlu Rubeni akademiyasına cəlb edib.
90deqiqe.Az xəbər verir ki, 2007-ci il təvəllüdlü Ruben Varan bundan sonra "kral klubu"nun aşağı yaş qruplarında çıxış edəcək.
Bununla yanaşı, Madrid təmsilçisinin klubun digər sabiq futbolçusu Əşrəf Hakiminin oğlunu da heyətinə qatmaq istədiyi bildirilir.
Qeyd edək ki, Rafael Varan 2011–2021-ci illərdə "Real"ın formasını geyinib. Fransalı müdafiəçi bu müddətdə Madrid təmsilçisi ilə 17 titul qazanıb. Onlardan dördü Çempionlar Liqasının qalibliyi olub.
Əşrəf Hakimi də "Real"ın yetirməsidir. Mərakeşli futbolçu 2020-ci ilədək Madrid klubunda çıxış edib. O, "Real"ın heyətində bütün turnirlərdə 32 oyunda beş qol vurub və üç məhsuldar ötürmə müəllifi olub.