2 iyul 2026. Cümə axşamı

"Tottenhem" Portuqaliya millisinin futbolçusunu transfer etdi


  • Transfer
  • 13:45 02.07.2026
  • Oxunma sayı: 37
"Tottenhem" Portuqaliya millisinin futbolçusunu transfer etdi

"Tottenhem" yay transfer dönəmində növbəti transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, London təmsilçisi "Vest Hem"in və Portuqaliya millisinin yarımmüdafiəçisi Mateuş Fernandeşi heyətinə qatıb.

21 yaşlı futbolçu ilə müqavilə imzalanıb. Transferin maliyyə detalları açıqlanmayıb.

"Sportinq" akademiyasının yetirməsi olan Fernandeş 2025-ci ilin avqustunda "Vest Hem"ə keçmişdi. O, ötən mövsüm Premyer Liqada 36 oyunda meydana çıxaraq 3 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edən yarımmüdafiəçi bu ilin aprelində ABŞ millisinə qarşı yoldaşlıq görüşündə əsas milli komandada debüt edib.

Qeyd edək ki, Mateuş Fernandeş yeni mövsümdən etibarən "Tottenhem"in uğurları üçün mübarizə aparacaq.







Transfer