- Transfer
- 22:34 02.07.2026
"Mançester Siti" heyətini növbəti transferlə gücləndirib.
90deqiqe.Az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Andersonun transferini reallaşdırıb.
Klubdan verilən məlumata görə, "şəhərlilər" 23 yaşlı futbolçunun keçidi ilə bağlı "Nottinqem Forest"lə razılıq əldə edib.
Hazırda İngiltərə millisinin heyətində dünya çempionatında çıxış edən Anderson Kanzas şəhərində tibbi müayinədən keçib. Futbolçu mundial başa çatdıqdan sonra İngiltərəyə qayıdacaq və onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Elliot Anderson 2024-cü ildən "Nottinqem Forest"in formasını geyinirdi.