2 iyul 2026. Cümə axşamı

"Yuventus" və PSJ Kolo-Muani transferində razılığa gələ bilmir


  • Transfer
  • 21:37 02.07.2026
  • Oxunma sayı: 43
"Yuventus" və PSJ Kolo-Muani transferində razılığa gələ bilmir

"Yuventus" hücum xəttini gücləndirmək üçün Randal Kolo-Muaninin transferi istiqamətində danışıqları davam etdirir.

90deqiqe.Az-ın “Corriere della Sera”ya istinadən məlumatına görə, tərəflər arasında aparılan müzakirələrə baxmayaraq, "Yuventus" və PSJ transferin maliyyə şərtləri ilə bağlı hələ də ortaq məxrəcə gələ bilməyiblər.

Məlumata görə, Paris təmsilçisi fransalı hücumçunun transferindən 40 milyon avro gəlir əldə etmək istəyir. Turin klubu isə futbolçu üçün maksimum 35 milyon avro ödəməyə hazırdır.

Bundan əlavə, "Yuventus" PSJ-yə fərqli təklif irəli sürüb. İtaliya nəhəngi Kolo-Muanini əvvəlcə 8-10 milyon avro qarşılığında icarəyə götürməyi, daha sonra isə 25 milyon avroya məcburi satınalma şərti ilə heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, "Yuventus" rəhbərliyi daha əvvəl də Kolo-Muaninin transferi üzərində çalışdıqlarını açıqlamışdı. Hücumçu 2025-ci ilin ilk yarısında Turin klubunda icarə əsasında çıxış edib.







Transfer