2 iyul 2026. Cümə axşamı

"Bavariya" "Real"a Olise ilə bağlı qəti cavab verdi


  • Transfer
  • 21:56 02.07.2026
  • Oxunma sayı: 40
"Bavariya" "Real"a Olise ilə bağlı qəti cavab verdi

"Bavariya" vingeri Maykl Olisenin transferi ilə bağlı "Real"a mövqeyini çatdırıb.

90deqiqe.Az-ın “The Touchline”ya istinadən məlumatına görə, Münhen təmsilçisi Madrid klubunun yaxın vaxtlarda fransalı futbolçu üçün rəsmi təklif göndərəcəyini bilir. Buna baxmayaraq, "Bavariya" rəhbərliyi mümkün təklifin qəbul edilməyəcəyini qarşı tərəfə əvvəlcədən bildirib.

Xatırladaq ki, Almaniya nəhəngi daha əvvəl də Oliseni heç bir məbləğ qarşılığında satmaq niyyətində olmadığını açıq şəkildə bəyan etmişdi. Bununla yanaşı, mətbuatda yayılan məlumatlara görə, yekun qərarda futbolçunun mövqeyi də həlledici rol oynaya bilər.

Bildirilir ki, 24 yaşlı Maykl Olise dünya çempionatından sonra "Bavariya" rəhbərliyi ilə görüşərək gələcəyi ilə bağlı müzakirələr aparacaq.

Qeyd edək ki, "Transfermarkt" portalı fransalı vingerin transfer dəyərini 150 milyon avro qiymətləndirir.







Transfer