- Transfer
- 23:25 02.07.2026
"Liverpul"un kapitanı Vircil van Deyk karyerasını İtaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən məlumatına görə, "Milan" təcrübəli müdafiəçini heyətinə qatmaqda maraqlıdır.
Məlumata görə, transfer ideyasının təşəbbüskarı komandanın yeni baş məşqçisi Ruben Amorimdir. Vaxtilə İngiltərədə "Mançester Yunayted"i çalışdırmış portuqaliyalı mütəxəssis müdafiənin mərkəzini gücləndirmək üçün 34 yaşlı niderlandlı futbolçunun transferini istəyir.
Bildirilir ki, Van Deykin "Liverpul"la müqaviləsi gələn mövsümün sonunadək qüvvədədir. Lakin futbolçunun yüksək maaşı bu keçidin reallaşmasına mane ola bilər. Məlumata əsasən, niderlandlı müdafiəçi həftəlik 400 min funt sterlinq əməkhaqqı alır.
Qeyd edək ki, "Transfermarkt" portalı Vircil van Deykin transfer dəyərini 15 milyon avro qiymətləndirir.