- Transfer
- 23:34 02.07.2026
"Komo" heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, İtaliya klubu ispaniyalı mərkəz yarımmüdafiəçisi Luis Milyanın transferini rəsmən açıqlayıb.
31 yaşlı futbolçu "Xetafe"dən "Komo"ya keçib. Məlumata görə, transferin dəyəri 6 milyon avro təşkil edib. Luis Milya yeni klubu ilə üçillik müqaviləyə imza atıb.
Təcrübəli yarımmüdafiəçi ötən mövsüm İspaniya çempionatında 37 oyunda meydana çıxıb. O, bu görüşlərdə bir qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Komo" qarşıdakı mövsümdə Çempionlar Liqasında çıxış edəcək. Cesk Fabreqasın rəhbərlik etdiyi komanda ötən mövsüm A Seriyasını dördüncü pillədə başa vuraraq nüfuzlu turnirə vəsiqə qazanıb.