- Transfer
- 23:34 02.07.2026
İngiltərəli hücumçu Ceymi Vardi "Kremoneze"dən ayrıldığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu İtaliya klubunda keçirdiyi bir mövsümdən sonra komandadan ayrılmaq qərarına gəlib.
"Kremoneze" ötən mövsüm əsas hədəfinə çata bilməyərək A Seriyasındakı yerini qoruya bilmədi. Mövsümün həlledici mərhələsini zədə səbəbindən buraxan Vardi isə İtaliya ikinci liqasında çıxışını davam etdirməyin mənasız olduğunu düşünərək klubla yollarını ayırıb.
38 yaşlı hücumçu "Kremoneze" forması ilə son mövsümdə yeddi qol vurub. Bu göstərici komanda daxilində Federiko Bonatssolidən sonra ikinci ən yaxşı nəticə olub. Bonatssoli mövsümü 10 qolla başa vurub.
Qeyd edək ki, Ceymi Vardi uzun illər "Lester"in formasını geyinərək klubun tarixində əfsanəvi futbolçulardan birinə çevrilib.