2 iyul 2026. Cümə axşamı

"İnter" və "Napoli" eyni futbolçunun transferini istəyir


  • Transfer
  • 22:32 02.07.2026
  • Oxunma sayı: 37
"İnter" və "Napoli" eyni futbolçunun transferini istəyir

Belçikanın "Yunion Sen-Jilua" klubu yarımmüdafiəçi Anan Halailinin transfer qiymətini artırıb.

90deqiqe.Az-ın “Football Italia”ya istinadən məlumatına görə, 20 yaşlı futbolçu ilə İtaliya nəhəngləri "İnter" və "Napoli" maraqlanır.

Məlumata görə, Belçika təmsilçisi daha əvvəl israilli futbolçunu 25 milyon avroya dəyərləndirsə də, artan maraq və transfer bazarındakı rəqabəti nəzərə alaraq qiyməti 30 milyon avroya yüksəldib.

Bildirilir ki, "İnter"in futbolçuya marağı alternativ transfer variantlarının baş tutmamasından sonra daha da artıb. Milan təmsilçisi əvvəlcə Marko Palestranı heyətinə qatmağı planlaşdırsa da, futbolçu "Çelsi"yə keçib.

Hazırda nə "İnter", nə də "Napoli" Halaili üçün rəsmi təklif göndərib. Transfer danışıqlarında həlledici məqamlardan birinin isə futbolçunun şəxsi mövqeyi olacağı bildirilir.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır