2 iyul 2026. Cümə axşamı

"Yuventus" 19 yaşlı hücumçunu transfer etdi


  • Transfer
  • 22:34 02.07.2026
  • Oxunma sayı: 41
"Yuventus" 19 yaşlı hücumçunu transfer etdi

"Yuventus" "Cenoa"nın hücumçusu Ceff Ehatoru heyətinə qatıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanıb. "Yuventus" transfer üçün "Cenoa"ya 16 milyon avro ödəyəcək. Bu məbləğ qarşı tərəfə üç hissə şəklində köçürüləcək.

Gənc futbolçunun əsas mövqeyi mərkəz hücumçusu olsa da, o, geri çəkilmiş hücumçu və sol cinah hücumçusu kimi də çıxış edə bilir.

Ceff Ehator "Cenoa" akademiyasının yetirməsidir. Bu transfer onun karyerasında ilk klub dəyişikliyi olub. Futbolçu indiyədək doğma klubun sistemindən kənarda çıxış etməmişdi.

Qeyd edək ki, "Yuventus" bu yay daha əvvəl Jeremi Boqanı da daimi əsaslarla heyətinə qatmışdı.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır