3 iyul 2026. Cümə

Acun Ilıcalının klubu ilk transferini açıqladı


  • Transfer
  • 22:50 02.07.2026
  • Oxunma sayı: 42
Acun Ilıcalının klubu ilk transferini açıqladı

Acun Ilıcalının sahibi olduğu "Hall Siti" yay transfer dövründə ilk transferini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, İngiltərə Premyer Liqasına yüksələn klub Şotlandiyanın "Reyncers" komandasında çıxış edən qapıçı Cek Batlandı heyətinə qatıb.

Klubun yaydığı rəsmi məlumata əsasən, 33 yaşlı qolkiperlə iki illik müqavilə imzalanıb. Razılaşmaya daha bir il uzadılma bəndi də daxil edilib.

Qeyd edək ki, "Hall Siti"nin xorvatiyalı qapıçısı İvor Pandur qısa müddət əvvəl 7 milyon avro qarşılığında məhz "Reyncers"ə transfer olunmuşdu.

Xatırladaq ki, son günlər Türkiyə millisinin və "Beşiktaş"ın sabiq qapıçısı Ersin Destanoğlunun da "Hall Siti"yə keçəcəyi barədə xəbərlər yayılmışdı.

Əlavə edək ki, "Hall Siti" Çempionşipin pley-off finalında "Midlsbro"nu 1:0 hesabı ilə məğlub edərək "Koventri Siti" və "İpsviç Taun"dan sonra İngiltərə Premyer Liqasına vəsiqə qazanan üçüncü komanda olub.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır