- Transfer
- 23:58 02.07.2026
"Beşiktaş" heyətini fransalı futbolçu Kassum Uattara ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi 21 yaşlı sol cinah müdafiəçisini Fransanın "Monako" klubundan transfer edib.
Klubun yaydığı rəsmi məlumata əsasən, Kassum Uattara ilə 2029-2030-cu il mövsümünün sonunadək nəzərdə tutulan dördillik müqavilə imzalanıb.
Gənc futbolçu ötən mövsüm "Monako"nun heyətində bütün turnirlərdə 24 oyunda meydana çıxıb.
"Beşiktaş"ın açıqlamasında bildirilib:
"Peşəkar futbolçu Kassum Uattaranın yekun transferi ilə bağlı "Monako" klubu ilə razılıq əldə olunub və futbolçu ilə dördillik müqavilə imzalanıb. İnanırıq ki, Kassum Uattara klubumuza mühüm töhfələr verəcək. Ona şanlı formamızla uğurlar arzulayırıq."