- Transfer
- 23:58 02.07.2026
Kamerunlu qapıçı Andre Onana növbəti mövsümdə də "Trabzonspor"un formasını geyinəcək.
90deqiqe.Az xəbər verir ki, "bordo-mavililər" futbolçunun keçidinin uzadılması ilə bağlı "Mançester Yunayted" klubu ilə 1 illik icarə müqaviləsi üzrə razılığa gəlib.
Beləliklə, Onananın karyerası daha bir mövsüm "Trabzonspor"da davam edəcək. İngiltərə mətbuatının məlumatına görə, Türkiyə klubu bu icarə üçün "Mançester Yunayted"ə 1,5 milyon avro ödəyəcək.
30 yaşlı qapıçı ötən mövsüm "Trabzonspor"da 34 matçda meydana çıxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb. Onana komanda ilə birlikdə Türkiyə Kubokunu da qazanıb.