- Transfer
- 23:58 02.07.2026
İtaliyanın "Fiorentina" klubunun hücumçusu Lukas Beltran Argentina təmsilçisi "River Pleyt"ə keçib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Buenos-Ayres klubunun mətbuat xidməti məlumat yayıb.
Argentinalı futbolçu "River Pleyt"də icarə əsasında çıxış edəcək və müqavilədə məcburi satınalma bəndi də yer alıb. Razılaşma 1 illik müddəti əhatə edir.
25 yaşlı hücumçu Kordoba şəhərində anadan olub və "River Pleyt" akademiyasının yetirməsidir. Beltran bu klubu yaxşı tanıyır. O, düz üç il əvvəl məhz "River Pleyt"dən "Fiorentina"ya transfer olunmuşdu. İtaliya klubu onun keçidi üçün təxminən 20 milyon avro ödəmişdi.
Qeyd edək ki, yay transfer dönəmində "River Pleyt" heyətini daha əvvəl "Krasnodar"ın sabiq futbolçusu Covanni Qonsales və "Benfika" və "Mançester Siti"nin keçmiş müdafiəçisi Nikola Otamendi ilə də gücləndirib.