15 avqust 2026. Şənbə

Fənərbaxça'dan Arsenal'a təklif


  • Transfer
  • 10:03 10.10.2019
  • Oxunma sayı: 453
Fənərbaxça'dan Arsenal'a təklif

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, "Fənərbaxça" 30 yaşlı futbolçunu transfer etməkdə israrlıdır.

İstanbul klubu artıq qış fasiləsində təcrübəli futbolçunun keçidini həll etmək istəyir. Klub rəhbərliyi Özili icarə əsasında heyətinə qatmaq üçün "topçular"la danışığa başlayıb. Bu mövsüm Premyer Liqada cəmi 1 oyunda çıxış edən futbolçunun özü də ayrılmaqda qərarlıdı.

Qeyd edək ki, Məsut Özilin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.







Transfer