3 iyul 2026. Cümə

“Mançester Siti” və “Arsenal” gənc hücumçu uğrunda mübarizə aparır


  • Transfer
  • 23:34 02.07.2026
  • Oxunma sayı: 32
“Mançester Siti” və “Arsenal” gənc hücumçu uğrunda mübarizə aparır

“Mançester Siti” “Lester”in 16 yaşlı hücumçusu Ceremi Monqaya maraq göstərir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata görə, “şəhərlilər” futbolçunun inkişafını uzun müddətdir izləyir və artıq onun transferi ilə bağlı ilk sorğunu göndəriblər. Hazırda danışıqlarda ən irəlidə olan klub isə Londonun “Arsenal” komandasıdır. “Brentford” da gənc hücumçu ilə maraqlanır.

İyul ayında 17 yaşı tamam olacaq Monqa hazırda “Lester” akademiyası ilə bir illik müqaviləyə sahibdir və yaxın vaxtlarda bu razılaşmanın peşəkar müqaviləyə çevrilməsi gözlənilir. Transfer baş tutacağı halda, maraqlanan klublar kompensasiya ödəməli olacaqlar. “Lester” isə öz yetirməsi üçün ən azı 11,7 milyon avro tələb edir.

Qeyd edək ki, gənc hücumçu artıq “Lester”in əsas komandasında 37 oyuna çıxıb və Premyer Liqa tarixində ən gənc futbolçular siyahısında üçüncü yerdə qərarlaşıb.







Transfer

Andre Onana "Trabzonspor"da qalır
  • Transfer
  • 23:25 02.07.2026
Andre Onana "Trabzonspor"da qalır