18 iyul 2026. Şənbə

Cekson “Çelsi”yə geri döndü


  • Transfer
  • 23:55 02.07.2026
  • Oxunma sayı: 166
Cekson “Çelsi”yə geri döndü

Seneqallı hücumçu Nikolas Cekson rəsmi olaraq “Çelsi” klubuna geri dönüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Bavariya” klubunun mətbuat xidməti məlumat yayıb.

Münhen təmsilçisi 25 yaşlı futbolçunun transfer hüquqlarını almaqdan imtina edib. Klub rəhbərliyi onun 64 milyon avro dəyərindəki satınalma opsiyasını yüksək hesab edib.

Buna baxmayaraq, “Bavariya”nın baş məşqçisi Vensan Kompani Ceksonun çıxışından məmnun qalıb. Lakin yekunda futbolçunun transferinin davam etdirilməməsi barədə qərar verilib.

Qeyd edək ki, hücumçu ötən mövsüm Almaniya Bundesliqasında 23 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer

Robin Qosens Almaniyaya qayıtdı
  • Transfer
  • 23:04 17.07.2026
Robin Qosens Almaniyaya qayıtdı