- Transfer
- 23:58 02.07.2026
Qvineyalı gənc yarımmüdafiəçi İlayş Moriba yay transfer pəncərəsində İspaniyanın “Selta” klubundan İngiltərə Premyer Liqasına yollana bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Məlumata əsasən, 23 yaşlı futbolçunun xidmətində “Aston Villa” klubu maraqlıdır. İngiltərə təmsilçisi yarımmüdafiəçi üçün təxminən 20 milyon avro ödəməyə hazırdır.
Lakin “Selta” rəhbərliyi futbolçunun transferindən azı 30 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Moriba “Selta”ya qədər “Xetafe”, “Valensiya”, “Leypsiq” və “Barselona” klublarında da çıxış edib.
Xatırladaq ki, ötən mövsümdə yarımmüdafiəçi La Liqada 36 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.