3 iyul 2026. Cümə

Kevin Medinanın yeni ünvanı məlum oldu


  • Transfer
  • 12:51 03.07.2026
  • Oxunma sayı: 35
Kevin Medinanın yeni ünvanı məlum oldu

"Qarabağ"dan ayrılan Kevin Medinanın yeni klubu müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, 33 yaşlı kolumbiyalı müdafiəçi karyerasını Malayziyanın "Yohor Darul Tazim" komandasında davam etdirəcək.

Tərəflər arasında imzalanan müqavilənin maliyyə və müddət şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Kevin Medinanın yeni komandasında Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilov, eləcə də vaxtilə "Sabah"ın formasını geyinmiş Con İrasabal da çıxış edir.







Transfer