- Transfer
- 23:17 03.07.2026
İspaniyalı müdafiəçi Mario Xila “Milan”a keçməyə razılıq verib.
90deqiqe.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumata görə, indi “rossonerilər”in qarşısında qalan əsas vəzifə “Latsio” rəhbərliyini transferə razı salmaqdır. Roma təmsilçisinin perspektivli müdafiəçi ilə yollarını ayırmaq istəmədiyi bildirilir.
Maraqlıdır ki, Mario Xila ötən ilin mart ayında “Milan”ın qapısına vurduğu qolla komandasına qələbə qazandırmışdı. Həmin məğlubiyyət “Milan”ın uğursuz seriyasının başlanğıcı olmuş, komanda cəmi iki ay ərzində çempionluq uğrunda mübarizədən kənarda qalaraq İtaliya A Seriyasının turnir cədvəlində beşinci pilləyə enmişdi.
Bu uğursuz nəticələr baş məşqçi Massimiliano Alleqrinin istefası ilə nəticələnmişdi. O, mövsüm başa çatdıqdan dərhal sonra vəzifəsindən ayrılmışdı.