- Transfer
- 23:56 03.07.2026
İtaliyalı futbolçu Maykl Kayode karyerasını “Brentford”da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, İngiltərə klubu gənc müdafiəçi ilə müqavilənin müddətini 2032-ci ilədək uzadıb.
“Fiorentina”nın sabiq futbolçusu ötən mövsüm “Brentford”un əsas heyət üzvlərindən birinə çevrilib. O, bütün turnirlərdə 44 oyunda meydana çıxaraq ümumilikdə 3612 dəqiqə meydanda olub.
Kayode çempionatda “Vulverhempton”un qapısına bir qol vurub, “Everton”la qarşılaşmada isə məhsuldar ötürmə ilə yadda qalıb.
Klub rəhbərliyi futbolçunun sabit çıxışını və komandaya verdiyi töhfəni nəzərə alaraq onunla uzunmüddətli müqavilə imzalayıb.
Qeyd edək ki, “Brentford” ötən mövsümü İngiltərə Premyer Liqasının turnir cədvəlində doqquzuncu pillədə başa vurub.