- Transfer
- 23:56 03.07.2026
“Liverpul”un təcrübəli müdafiəçisi Vircil van Deyk yay transfer pəncərəsində komandanı tərk edə bilər.
90deqiqe.Az xəbər verir ki, Mersisayd təmsilçisi artıq 34 yaşlı futbolçunu toxunulmaz hesab etmir və onunla bağlı daxil olacaq ciddi təklifləri dəyərləndirməyə hazırdır. Bununla belə, klubun özü müdafiəçinin ayrılığı təşəbbüsü ilə çıxış etməyi planlaşdırmır.
Van Deykin xidmətində maraqlı olan klublardan biri İtaliyanın “Milan”ıdır. Bildirilir ki, futbolçunun transferini komandanın yeni baş məşqçisi Ruben Amorim şəxsən istəyir.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ildən “Liverpul”un formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 55 oyunda iştirak edib, 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.